Bu sayt məlumatları saxlamaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz bu faylların istifadəsinə razılıq verirsiniz.
Gül kələm bankasındakı suyu boşaldın və onu soyuqa qoyun. İndi isə bir parça kərə yağını tavaya qoyun. Bonduelle dondurulmuş və doğranmış şampinyonlarını da bura tökün. Xırda doğranmış soğan və sarımsağı əlavə edin. Hamısını güclü odda 3 dəqiqə ərzində qızardırıq. Göbələk qarışığını boşqaba qoymalıyıq, balıq filesini isə kiçik parçalara doğramalıyıq. Bir az kərə yağını tavaya qoyuruq və balıq filesini bir dəqiqə qovururuq. Balıq filesini içində göbələklər olan boşqaba qoyuruq, halqalara doğranmış zeyuntları və yaşıl soğanı da əlavə edirik. Duz qatırıq, üstünə xama tökürük hamısını yaxşıca qarışdırırıq. Hazır mayalı xəmiri götürün, balıq-göbələk qarışığının mərkəzinə qoyun, xəmirin kənarlarını qaldırın və bir-birinə sıxın. Xörəyi yağlanmış Pyrex tavasına qoyun və sobada 25 dəqiqə bişirin. Xəmirin üzünə çalınmış yumurta sürtürük və daha 10 dəqiqə sobada bişiririk. Hazır yeməyi soyuq gül kələm və xama ilə süfrəyə verin.