Sağlam qidalanma
Mətbəxdə sağlam yeməklər hazırlamaq, yeni reseptləri sınamaq və evə müxtəliflik gətirmək təcrübəsi çox yaxşıdır. Yeməkləri dəyərli və sağlam edən onun daxilindəki vitamin və minerallardır. Əgər sizdə, dırnaq çatları, dəri solğunluğu və dərinizdə tünd halqalar varsa, ola bilsin ki, bu yeməkdə qida elementlərinin çatışmazlığındandır. Hazırda, bizim tez-tez sağlam qidalar hazırlamağa vaxtımız olmur və yeməkləri marketdən almağa məcbur oluruq, halbuki onların tərkibində qidalandırıcı elementlərin yerinə emulqatorlar olur.
Buna görə də, hər zaman yeməyə tərəvəz qarniri porsiyası əlavə etmək lazımdır. Sağlam pəhrizlərin ən yaxşılarından sayılan əlahiddə qidalanma qanunlarına əsasən, tərəvəzlər hər şeylə birləşə bilər - ət, balıq, yumurta, süd, makaron. Onları qızdırmadan təzə şəkildə, salat kimi yemək lazımdır, çünki bu yolla onların tərkibindəki qida elementləri qorunur. Bunların vacibliyini nəzərə alın və bədəninizdəki pozitiv nəticəni görün.