Sarı tərəvəzlər gözləriniz və dəriniz üçün ən yaxşı dərmandır

20.10.2014

Sarı tərəvəzlərin tərkibindəki karotinlər, mürəkkəb qarışıqlardır. Onlar beta-karotin, lutein, zeaksantin və likopinlərdən ibarətdir. Bundan əlavə, hər bir karotinin müvafiq funksiyaları var. Bəziləri bunlardır:

  • elastikliyin gücləndirilməsi
  • gözlərin qorunması
  • asterosklerozdan müdafiə
  • dərinin, saçların və dırnaqların qüvvətləndirilməsi
  • azad radikallardan müdafiə

Yellow vegetables

İnsan bədəni karotinləri A vitamininə çevirir ki, bu da həyat üçün əsas faktordur. Bu immuniteti artırır və dərinin vəziyyətini yaxşılaşdırır. Karotinlər görmənin mükəmməl olması üçün vacibdir, çünki görmə üçün vacib olan element - makula komponentləridir. Həmçinin, sarı və narıncı rəng tərəvəzlər bədəni ultrabənövşəyi şüalardan qoruyur. Pəhrizi karotinlərlə zəngin olan insanların dərisi gec yaşlanır. Karotinlər sümükləri möhkəmləndirərək onların vəziyyətini yaxşılaşdırır. Bundan əlavə, bu piqmentlər xərçəng xəstəliyinə səbəb olan, azad radikalların zərərli təsirlərindən qoruyur. Sarı və narıncı tərəvəzlərdən az istifadə edən kişilərdə prostat xərçənginin yaranma riski çoxdur. Karotinlər yumurtalıqların, ağ ciyərlərin, mədə-bağırsaq traktı xərçəngi riskini azaldır və qan damarlarında xolesterolun toplanmasının qarşısını alaraq ürək-damar xəstəliyindən müdafiə edir.

Sarı və narıncı tərəvəzlər qrupuna aiddir:

  • yerkökü
  • qarğıdalı
  • balqabaq
  • sarı bibər
  • pomidor

Həmçinin oxuyun

Saytda daha çox