Bu sayt məlumatları saxlamaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz bu faylların istifadəsinə razılıq verirsiniz.
Öz qeydinizə qalsanız, yaşlanma qorxulacaq bir şey deyil. Lakin hamı istəyir ki, uzun müddət gənc və gümrah görünsün. Sevindirici xəbər odur ki, təbiətin bizə bəxş etdiyi nemətlərdən istifadə etməklə buna nail olmaq olar. Əgər gənc görünmək, sağlam qalmaq istəyirsinizsə sizə iki əsas komponent lazımdır: doğru qidaları yemək və müntəzəm olaraq idman etmək. Sonuncu aydındır; bəs, hansı qidalar yaşlanma əleyhinə effektivdir və onların xeyirləri varmı?
Tərəvəzlər? -Bəli! bu suala ən yaxşı cavabdır. Sağlam tərəvəzlər anti-oksidantlarla (zərərli ultrabənövşəyi şüalara) zəngin olduğu üçün bədənin bərpaedici xüsusiyyətlərinə çox faydalı təsiri var. Əgər doğru tərəvəzləri yesəniz, bu antioksidantlar çevik və fəal qalmağınıza kömək edəcəkdir.
Gəlin yeməyinizə əlavə edə biləcəyiniz və yaşlanma prosesini ləngidən üç tərəvəzi gözdən keçirək.
İspanaq - bu tərəvəz C vitamini ilə zəngindir. O, dəridə kollagen istehsal edir hansı ki, bu da dərinin elastikliyinin yüksəlməsinə səbəb olur. İspanaq antioksidantlarla boldur. Effektiv olmasını istəyirsinizsə, onu tam yuduqdan sonra bişməmiş yeyin və ya azca buxara verin.
Yerkökü – görmə qabilliyyətinə faydalı olması ilə birlikdə həm də, dırnaq və saçları sağlamlaşdıran vitamin və mikroelementlərlə zəngindir. Bununla yanaşı, kök şirəsi ən xeyirli içkilərdəndir.
Brokoli - xərçənglə mübarizə apmaq xüsusiyyətinə, tərkibində C vitamininə, kükürd və faydalı amin turşularına görə tanınır. Bu tərəvəz bədəni toksinlərdən təmizləyir və onun bərpaedici xassələrini artırır. Ispanaq kimi bunu da bişirmədən yemək lazımdır. Əgər uşaqlıqda brokoliyə nifrət edirdinizsə, yaxşı olar ki, onları böyüdükdən sonra onu sevməyə başlayasınız!
Bu üç tərəvəzi müntəzəm olaraq yemək və eyni zamanda, mütəmadi idman rejimində çalışmaq sizin gənc qalmağınıza kömək edəcək, özünüzü gümrah hiss etməyə kömək edəcəkdir. Ləzzətli yerkökü şirəsini içə-içə qırışlara və ağ saçlara “yox” deyib həzz alın!