Bu sayt məlumatları saxlamaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz bu faylların istifadəsinə razılıq verirsiniz.
Skandinaviya mətbəxi aylarını görməli idi – bu səbəbdən insanlar məhsulu konservləşdirməyə öyrəndi. Duza və ya turşuya qoyulmuş tərəvəzlər vitaminlərlə o qədər zəngin deyil. İsveçrənin mətbəxi daha müxtəlifdir. Onun sakinləri çoxlu miqdarda meyvə və tərəvəzlərdən yeyir.
Skandinaviya mətbəxində marinada və turşuya qoyulan tərəvəzlər vitaminlərin əsas mənbəyidir. Uzun qış zamanı konservləşdirilmiş tərəvəzlər təzə tərəvəzləri əvəz edir.
Skandinaviyada qış üzün olduğuna görə tərəvəzlər süfrədə tez-tez olmur. Lakin bu o demək deyil ki, Skandinaviyalıların süfrəsində tərəvəzlər heç olmur. Tərəvəzləri marinada və ya turşuya qoymaq Skandinaviyalıların ənənəsidir. Sirkə, şəkər və mixək marinadına qoyulmuş dilimlənmiş cuğundur burada çox populyardır. Yerkökü, kələm, bibər, xiyar və badımcan kimi başqa tərəvəzlər də marinada qoyulur. İsveçrədə və Norveqiydada şirin marinada qoyulmuş xiyar çox sevilir.
Bitkilərin az olduğu və maldarlıq üçün şəraitin olmadığı üçün, Skandinaviya mətbəxinin əsasını balıq təşkil edir. Ən çox sevilən balıq qızılbalıqdır.
Norveqiya mətbəxində qızılbalığın hazırlama reseptləri olduqca çoxdur. Qızılbalığı delikates hesab edən norveqiyalılar onu müxtəlif üsullarla hazırlayır: yağda qızardılmış (stekt laks), hisə verilmiş (røkt laks),suda bişirilmiş (kokt laks), qrildə bişirilmiş (grillet laks), marinada qoyulmuş (gravet laks), tartar kimi (laks tartar), şorbada (fisze suple) və yaxud əriştə ilə.
Norveqiyalılar həmçinin başqa növ balıqlardan da hazırlanan delikatesləri sevirlər. Onların arasında ən məşhur olanı - fiskeboller - cəkilmiş balıq ətindən hazırlanmış ağ sousla verilən küftəciklərdir. Brislinger, balaca sardinalar, Stavanqerdə tutulur. Əsrlər boyu burada sardinalar emal olunub və sonra isə buradan Avropanın süfrələrinə gətirilib.
Norveqiyalıların fantazyasının həddi yoxdur – onların mətbəxində hətta balıq pudinqin resepti var! Fiskepudding əsas yemək kimi və qarnir kimi süfrəyə verilir.
Norveqiya qızılbalığının əsl dadını və ətirini bilmək üçün, Fisketorqetdə yerləşən balıq bazarına qetmək lazımdır. Bir çox ekspertlərin rəyinə görə, bu bütün Skandinaviyada ən yaxşı balıq bazarıdır. Dənizdə tutulan və süni yolla yetişdirilən qızılbalıqdan başqa, burada demək olar ki, Norveqiyanın bütün çayları, gölləri və dənizlərində yaşayan hər cür balıq növləri satılır. Burada siyənək balığı (sild), alabalıq (ørret), treska balığı (torsk), paltus (kveite), skumbriya (makrel) və hətta kit ətini (hvall) almaq mümkündür.
Ən güclü balıq ətiri quru balıq satılan yerlərdən gəlir. Bəzilər bu ətiri dünyanın ən gözəl ətiri hesab edir, başqaları isə ondan uzaq durmağa çalışır. Quru balıq gündə qurudulmuş treska balığıdır. Gün şüalarında qurudulanda, o, xüsusi səciyyəvi ətir əldə edir. Quru balıq ətində bütün qida maddələri qorunub saxlanılır. Bundan əlavə,quru balığı suya qoyanda, o, yenidən öz əvvəlki formasını, ətirini və dadını bərpa edir.
Balla doldurulmuş saxsı qaba qoyulmuş qızılbalığı Daniyanın delikatesi sayılır. Kip bağlanmış qab bir neçə ay ərzində aşağı temperaturda yerin altında saxlanılır. Müəyyən vaxtdan sonra qızılbalığı xüsusi dad və ətiri əldə edir. Bu xörək soğan halqaları ilə verilir. Qızılbalığı yerin altında saxlamaq ideyası Aland adalarında yaranmışdır.