Pəhrizin əsasında çiy və ya az (3-5 dəq. duzlu suda) bişmiş meyvə və tərəvəzlər dayanır.
Menyu
Səhər yeməyi 3 xörəkqaşığı qarğıdalı lopalarından ibarət müsli, sürtkəcdən keçirilmiş alma, bir stəkan qatıq.
Yüngül qəlyanaltı 2 xörək qaşığı kəsmik, limon şirəsi, duz və döyülmüş ağ istiot qatılmış 3 ədəd sürtkəcdən keçirilmiş yerkökü.
Lanç Kasnı və ya kahı, 3 ədəd yerkökü, xiyar, 2 ədəd pomidor, 1 soğan və bərk bişirilmiş yumurtalardan salat hazırlayın, limon şirəsi, düz, istiot və zeytun yağı, 1 çayqaşığı sürtkəcdən keçirilmiş qıtığotu qatın, kəvərlə bəzəyin.
Günorta yeməyi Yarım stəkan kefiri soğan və xiyar ilə qarışdırın, şüyüd, bir çimdik qırığotu, duz və istiot qatın.
Nahar Sendviç: İki nazik dilim tam buğda çörəyi, yağlılıq dərəcəsi az olan kərə yağı, kahı yarpaqları, 2 ədəd pomidor, yarım xiyar, 2 çayqaşığı kəsmik, bir az soğan, kəvər, duz, istiot, arzu olunan ot əlavə olunur.