Suriyasayağı sote

25.09.2014

Videoya baxın və bizimlə birlikdə xörək bişirin!

Pomidorların qabığını soyuruq - bir az kəsirik və üstünə qaynar su tökürük. Qabığı soyulmuş pomidorları ələkdən keçiririk və bü cür sous alınır. Ət parçasının içini sarımsaqla doldururuq, indi isə ədviyyatla sürtürük. Əti çoxlu yağda bir qədər qızardırıq. 3-4 diş xırda-xırda doğranmış sarımsaq, doğranmış soğan əlavə edək və bir neçə dəqiqə qızardaq. Sürtülmüş pomidor sousu əlavə edirik, zövqə görə duz qatırıq, kiçik odda 15-20 dəqiqə ərzində pörtləyirik (lazım olsa su əlavə etmək olar). Ət hazırlanarkən kartofu iri parçalara doğrayırıq və güclü odda qızardırıq. Bonduelle yaşıl lobyasının və tər yerkökünün donunu açın. Pyrex markalı sobada bişirmək üçün formaya kartof, lobya, yaşıl noxud və kök əlavə edirik. Üstünə ət qoyuruq və sous tökürük. Sobaya 10-15 dəqiqəyə qoyuruq.

Bu xörəyin hazırlanması üçün inqrediyentlərin siyahısı:

Suriyasayağı sote

Həmçinin oxuyun

Saytda daha çox