Bu sayt məlumatları saxlamaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz bu faylların istifadəsinə razılıq verirsiniz.
Tay Çi döyüş sənəti kimi də tanınır, lakin o daha çox şəxsin daxili möhkəmliyinə və ruhuna cəmlənir. O, fikri cəmləşdirmək, bədəni möhkəmləndirmək və sağlamlığı qoruyan, zehni sakinləşdirən həyat enerjisini axınını inkişaf etdirmək üçün asta, yüngül və incə hərəkətləri birləşdirir. Faktiki olaraq,yaşından və cinsindən asılı olmayaraq hər kəs bunu edə bilər, mürəkkəb deyil və hamı onun əsaslarını öyrənməyə qadirdir. Tay Çi bütün bədənə pozitiv təsir edir. Meditasiya hərəkət və enerji axını koordinasiyasını nəfəsalma texnikaları ilə birləşdirir (ona görə də, qarın tənəffüsü adlanır). İsinmə Əzələləri, vətərləri və oynaqları rahatlatmaq üçün mülayim məşqlər. Dartınma məşqləri oynaqlarda hərəkət silsiləsini artırır. Hərəkətlər yavaş olur və nəfəsalma texnikaları ilə koordinasiya olunur. Yeni başlayanlar duruş və addımları öyrənir, artıq bunları bilənlər birlikdə məşq etməklə öz hərəkətlərini mükəmməlləşdirir.