Təmizləyici pəhriz

18.11.2013
Təmizləyici pəhriz

Ərzaqlardakı kimyəvi maddələr bağırsaqların işini zəiflədir və həmişəlik olaraq çəki itirməyi mümkünsüz edir. Bu kimyəvi maddələrdən yaxa qurtarmağa dəyər. Ot bitkiləri bunu etməkdə yardımçı ola bilər - onları ayrıca və ya xüsusi qarışıqlar şəklində ala bilərsiniz. İstifadə üçün ən yaxşı bəzi ot bitkiləri bunlardır: şaxduran və ya yaşıl çay ekstraktı. Onlar təkcə bədəni təmizləmir, həmçinin, həzm kanalının işini gücləndirir, xüsusilə yağları emal edən qaraciyərin işini. Yeməklər arası bitki çayı içmək lazımdır.

Menyunuzu yeniləmək

Möcüzəvi pəhrizə ehtiyac yoxdur, yüngül hiss etmək və hətta bir həftəyə 2 kq itimək istəyirsinizsə, aşağıdakı qaydaları pəhrizə tətbiq edin:

  • Gündə 4-5 dəfə yeməyə başlayın. Yeməklər arası uzun fasilələr etmək “cəfəng” qəlyanaltılar yeməyinizə səbəb olur. Az yeyin, lakin tez-tez yeyin və nəticədə qəlynaltıya qarşı müqavimət göstərə biləcəksiniz, planlı yemək vaxtlarına öyrəşəcəksiniz və bədəniniz yediklərinizi həzm edəcək.
  • Səhər yeməyini unutmayın. Onu buraxsanız və ya gec yesəniz, metabolizminiz zəifləyəcək. Təqdiqat göstərib ki, səhər yeməyini yeməmək gecə aclıqlarına səbəb olur.
  • Öz yüngül yeməyinizi həmişə işə aparmaq lazımdır. Evdə hazırlanmış sendviçlər və salatlar, yolüstü yediyiniz şirniyyatlardan və kurasanlardan daha xeyirlidir.
  • Axşam yeməyinə əsasən tərəvəzli olan yüngül yeməklər hazırlayın. Qışda və payızda bəzi sağlam donmuş qidalardan istifadə edin.
  • Çoxlu su için, qazsız su içmək daha yaxşıdır. Səhər yeməyindən əvvəl bir stəkan limonlu və ya təzə nanə yarpaqlı su ilə başlayın.

“Etmək olmaz”ların siyahısı

Ciddi şəkildə çəkinməli olduğunuz qidaların siyahısını hazırlayın. Bu siyahıda çoxlu şeylər olmayacaq. Şirin qazlı içkiləri və şirin qəlyanaltılardan imtina etmək yetərlidir və çəkinizin sürətlə azalmasını görəcəksiniz. Çayı su ilə əvəz edin və şokolad, keks yerinə qoz-fındıq, kişmiş və ya mərcanı seçin.

Liflər önəmlidir

Bir çox liflər tam taxıl məhsullarında, tərəvəzlərdə və meyvələrdə (qabıqlı şəkildə) olur. Onsuz çəki itirmək, eləcə də yaxşı zehni vəziyyətdə olmaq çətindir. Sellüloza həzm yollarının işini tənzimləyir və həzmə kömək edir. Hətta, liflərdən ibarət olan yüngül yeməklər sizi doyduracaq - bu sizi qəlyanaltılar yeməkdən və şirniyyat istəməkdən çəkindirəcək. O, yediyimiz qidalardan toksinləri sorur və onların sürətli həzminə səbəb olur. O, mədə turşularını birləşdirir və onların təkrar absorbsiyasını mümkünsüz edir- bu yolla liflər qanda xolestrolun miqdarını azaldır və arteriosklerozun qarşısını alır.

Nümunə menyu

Səhər yeməyi: Bir dilim vetçina ilə tost edin : 2 dilim tam taxıl çörəyi yağlayın və arasına bir dilim yavan vetçina qoyun. Pomidor, xiyar turşusu və göy soğanla yeyin.

Qəlyanaltı: Aromatik salat - bir ədəd soyutma yumurta və bir dilim bəyaz pendir (50qr) doğrayın. Bir neçə yaşıl kahı yarpağı, təzə xiyar, reyhan və nanə əlavə edin. Sirkə və zeytun yağı ilə qarışdırın. Salatla birgə alma şirəsi için.

Lanç: Toyuq salatı - bir qədər yaşıl kahını doğranmış pomidor və bibərlə qarışdırın. 100 qr qızardılmış toyuq döş əti əlavə edin. Bir qaşıq zeytun yağı və kəsilmiş pendirlə qarışdırın. Salatı bir dilim tam taxıl çörəyi ilə yeyin.

Nahar: Brokkoli ilə hek balığı – 150 qr hek filesi, limon və zeytun yağı ilə qarışdırın, bir qədər ədviyyatlar əlavə edin. Folqada bişirin. Bişmiş brokkoli və bir dilim çovdar çörəyi ilə yeyin.

Həmçinin oxuyun

Saytda daha çox