Tərəvəz pəhrizi sizin yolunuzu açır, lakin ehtiyyatlı olun!
Tərəvəz pəhrizi sizin yolunuzu açır, lakin ehtiyyatlı olun!
12.10.2013
Tərəvəz pəhrizi
Çox insanın qorxduğu şey, daha az sağlam olan sevimili yeməklərini tərk etmək ehtimalıdır. Əslində, bir pəhrizdən digərinə keçmək qısa sürətdə gündəlik menyunuzu tərk etmək mənasına gəlmir. Əksinə, fərqli yemək rejiminə qəfil keçid, əvvəlki pəhrizdə qalmaqdan daha ciddi problemlər törədə bilər.
Meyvə və tərəvəz pəhrizinin sağlam olması və ət pəhrizinin ən arzuolunan əvəzedicisi olması barədə deyimlər çoxdur. Bu bir çox hallarda həqiqətən də belədir, lakin əla görünmək və keçid dönəmində yaxşı hiss etmək istəyirsinizsə, xatırlamalı və əməl etməli olduğunuz bir şey var.
Sevimli yemək
Ən vacib qayda odur ki, sevimli yeməyinizi qəfil buraxmamalısız, əksinə sağlam qidaları gündəlik menyunuzatədricən əlavə etməlisiniz. Misal üçün, meyvə şirəsi ala və hər gün bir stəkan yaşıl şirə içə bilərsiniz. Sonra, lanç və nahara daha çox salat əlavə edin. Bir neçə həftə bu strategiya ilə gedin və fiziki vəziyyətinizə nəzarət edin. Ehtiyac olduqdu, həkiminizdən məsləhət alın. Tamamilə tərəvəz pəhrizinə keçmə mərhələsindən öncə bədəninizdə hər şeyin normal olduğundan əmin olmalısınız.