Tərəvəzlər - dadlı, müxtəlif və sağlam

13.10.2011

Düzgün proporsiyalar

Tərəvəzləri ən yeni metodları istifadə etməklə bişirib və ədviyyatlar qatıb böyük porsiyalarla süfrəyə vermək daha yaxşıdır. Həmişəki yemək hazırlayın, ancaq ətin və tərəvəzlərin proporsiyalarını dəyişin; ən yaxşısı üç müxtəlif tərərəvəzi süfrəyə verməkdir. Həmçinin adətən olduğundan xeyli az ətdən istifadə edə bilərsiniz, ancaq əvəzində çoxlu nişasta ilə zəngin qida məhsullarını (makaron, düyü və ya kartof) və bir neçə yağda qızardılmış tərəvəzləri və ya sevdiyiniz vegetarian yeməyin böyük bir porsiyanı süfrəyə verin. Həmçinin öz menyunuza vegeterian yeməklərini əlavə etməlisiniz: yağda qızardılmış tərəvəzlərlə sobada bişirilmiş kartof, rizotto və ya qızardılmış tərəvəzlə makaron.

Tərəvəzlərin gündəlik istehlakını artırmaq üçün bir neçə məsləhət:

  • Öz həmişəki yeməklərinizə və ya toyuq yeməklərinə daha çox bibər, kök, sukkini, badımcan, kərəviz kökü və yarpaqları, yaşıl noxud və lobyanı əlavə edin.
  • Öz sendviçlərinizə çoxlu xırtıldayan tərəvəzləri əlavə edə bilərsiniz. Pomidor, xiyar və ya kahı ilə yanaşı siz rukkola, sürtkəcdən keçirilmiş kök, qırmızı turp, qırmızı bibər və doğranmış ağ və ya qırmızı kələmdən istifadə edə bilərsiniz.
  • Dondurulmuş tərəvəzlər salatlar üçün çox yaxşıdırlar. Dondurulmuş yaşıl noxud, yaşıl lobya, at paxlası və qarğıdalı (müxtəlif kombinasiyalarda və ya ayrıca) kublara doğranmış kahı yarpaqları üstündə süfrəyə verilən xiyar, doğranmış yaşıl soğan, pomidor, rukkola və ya adi acıqıjı çox dadlı olur. Dondurulmuş tərəvəzlər 2-3 dəqiqə qaynadılır, suyu süzülür və sous ilə süfrəyə verilirlər.

Uşaqlar üçün tərəvəzlərUşaqları tərəvəz xörəkləri ilə tanış etməyə dəyər. Bunu etmək üçün bir neçə ideya::

  • Qızardılmış kartofa konservləşdirilmiş ağ lobya əlavə edə bilərsiniz, və ya onu süfrəyə dondurulmuş tərəvəzlərdən düzəldilən salatla verə bilərsiniz.
  • Hamburqerlər düzəldəndə, qiyməyə sürtkəcdən keçirilmiş kök və ya doğranmış kərəvəz qatın.
  • Dondurulmuş pitsanı bibər, pomidor, noxud və qarğıdalı kimi bəzi tərəvəzlərlə zənginləşdirə bilərsiniz.
  • Bolonya spagettisinə kublara doğranmış kök, bibər və pomidor qata bilərsiniz.
  • Buterbrodlara sürtkəcdən keçirilmiş və ya doğranmış tərəvəzləri əlavə edə bilərsiniz.
  • Bir dilim kolbasa, qırmızı bibər, göbələk, sukkini, kiçik qarğıdalı qıçası və digər tərəvəzlərdən kabab bişirin.
  • Noxudu, kublara kəsilmiş kökü, doğranmış kələmi, brokkoli çiçəklərini və digər tərəvəzləri mal əti qiyməsi ilə qarışdırın və ət ruleti düzəldin.
  • Şalğam, kök və cır havucla kartofdan püre düzəldin.

Həmçinin oxuyun

Saytda daha çox