Tərəvəzlər yeməyənlər…

20.09.2013
Tərəvəzlər

Sağlam tərəvəzlər

Hamımız tərəvəzlər barədə məşhur mahnını və onların əhəmiyyətini bilirik. Sağlam üz rəngi, gözəl və güclü dırnaqlar, uzun, parlaq saç olmasını istəyirsinizsə, cavabı kosmetika və dərmanlara çox miqdarda pul xərcləmək deyil.

Sadəcə əsas yeməyinizə əlavə olaraq tərəvəz yeməklə, bədəniniz üçün faydalı qidalandırıcı maddələr əldə edə bilərsiniz.

Onların tərkibindəki vitaminlər və minerallar orqanikdir və bədən onları sintetik olaraq yaradılan dərmanlardan daha yaxşı qəbul edir. Aşağıda bəzi tərəvəzlər və onların əsas üstünlükləri göstərilib:

Yerkökü - tərkibində karotin və ya A vitamini var, hansı ki, onlar vasitəsilə bədənimiz melanin yaradır. Cildin qaralığını uzun müddət saxlamaq istəyirsinizsə, yerkökü yemək sizə kömək edəcək. Eyni şey pomidor, həm də şaftalı, ərik və digər qırmızı və ya narıncı rəngli meyvələrə də aiddir.

Yaşıl salat nəinki dadlıdır, həm də immun sisteminə vacib olan C vitamini vitamini ilə zəngindir

Gicitkən, səciyyəvi deyil, amma sağlamdır. Onun supu sizi, problemsiz olaraq, gündəlik dəmir qəbulu dozası ilə təmin edir!

Həmçinin oxuyun

Saytda daha çox