Bu sayt məlumatları saxlamaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz bu faylların istifadəsinə razılıq verirsiniz.
Bibəri nazik zolaqlara doğrayırıq. Bonduelle tər kökünü nazik zolaqlara doğrayırıq. Soğanı yarımhalqalara, sarımsağı isə xırda-xırda doğrayırıq. Soğanı şəffaf olana qədər qızardırıq, kök və bibəri əlavə edirik və daha bir neçə dəqiqə qızardırıq. Bu arada şərq əriştəsi hazırlayaq, onu iri supermarketlərdən almaq olar və ya onun əvəzinə spagettidən istifadə edin. Tərəvəzləri yaxşıca qarışdırırıq və əriştəni əlavə edirik. Sarımsaq və lobyanı əlavə edirik. Daha 5 dəqiqə qızardırıq, soya sousu da əlavə edirik, duz qatırıq və qara ya da qırmızı istiotu vururuq. Süfrəyə isti-isti veririk və ənənəvi Çin resepti üzrə hazırlanmış dadlı və xeyirli tərəvəzli qızardılmış əriştədən zövq alırıq.