Uşaqlar üçün qida piramidası

08.04.2013

Faydalı yemək vərdişləri formalaşdırmaq

Eyni zamanda bu mərhələdə uşaqlar yemək vərdişləri formalaşdırır və bunların çoxusu valideynlərin təsiri ilə baş verir. Piramidadan əyləncə və faydalı biliklərə yiyələnmə məqsədilə istifadə edilə bilər. Qida piramidası mətbəxin divarına yapışdırıla bilər, beləcə menyunu uşağınızla planlaşdıra və bazarlıq siyahısını birgə qərarlaşdıra bilərsiz.

Çeşidlik məsələləri

Piramidada yerləşən məhsullar bədəni inkişaf və sağlamlıq üçün düzgün inqrediyentlərlə təmin e

qida piramidasıdir. Pəhrizi hər gün çeşidli etmək vacibdir ki, uşağın hər dəfə fərqli seçimləri olsun.

Tərəvəz və meyvələr vacibdir

Gündəlik menyuda meyvə və 100%-lik meyvə şirəsi olmalıdır. Onlar A və C vitaminlərinin, həmçinin soyulmuş şəkildə lif mənbəyidir. Təzə, dondurulmuş və qurudulmuş şəkildə məsləhətlidir. Tərəvəzlər də menyunun vacib elementidir. Onlar təzə, bişmiş və dondurulmuş şəkildə istifadə oluna bilər. Salatlara bir qədər zeytun yağı əlavə etməyi də unutmayın.

Həqiqi ağ yoqurtlar

a neterious  food for childrens is the healthy way to start feedingSüd məhsulları uşağın böyüməsi üçün vacib olan kalsiumdan ibarətdir. Ən yaxşı və təmiz olanları kefir, yoqurtlar və təbii tamlı ayranlarıdır - meyvəli olanların tərkibində əlavələr var və ona görə onlar daha çox kalorilidir. Süd az yağlı və ya yağsız içilməlidir, lakin uşaqlar 3,2% yağlı süd içə bilər. Həmçinin uşaqları az yağlı və az duzlu pendir yeməyə öyrəşdirmək də lazımdır. Bu düzgün yemək vərdişlərini formalaşdırmaqda vacib elementdir.

Qara çörək hər zaman xeyirli deyil

Piramidanın təməlində un məmulatları dayanır - ən dəyərli olanları tam buğdadan ibarət olanlarıdır. Onlar B vitamini, lif və dəyərli mikroelementlərlə zəngindir. Qidalandırıcılarla zəngin olduğu düşünülən qara çörəyə bəzən ancaq karamel ilə də rəng qatıla bilər, buna görə də onlardan uzaq durmaq daha yaxşıdır. Bu qrup, səhər yeməyi üçün un məmulatlarından ibarətdir - ən xeyirliləri buğda, arpa və çovdar məmulatlarıdır. Onlar evdə hazırlanmış meyvə ilə süfrəyə verilən myuslinin dadlı komponenti olacaqdır.

Bərk şirniyyatların əvəzinə şokolad

healthy food  is necessary for children  growth

Uşaqlar şirniyyatlarla bağlı çox rahatdırlar, amma yeməyi onlara sevdirmək lazımdır, nəinki onu yenisi ilə əvəz etmək. Məntiqli və dadlı seçimlər edin - uşağa bərk şirniyyatlar əvəzinə şokolad, kremli pirojna əvəzinə isə bulka və ya biskvit verin. Soda içkiləri təhlükəli və şəkər təminatçılarıdır - uşaqları susuzluğu yatırmaq üçün normal su içməyə alışdırın. İdmanla məşğul olarkən və ya bayırda oynayarkən onları daim bir butulka su ilə təmin edin.

Həmçinin oxuyun

Saytda daha çox