La Tomatina – böyük pomidor döyüşü, Valensiya yaxınlığında yerləşən kiçik Bunyol şəhərində hər ilin axırıncı çərşənbə günü keçirilir. Bu bir həftəlik bayramın bağlanma mərasimidir. Döyüşdən qabaqkı gecə pomidorlarla yüklənmiş yük maşınları hazırlanır ki, səhər saat 11-də onlar şəhərin mərkəzi meydanına gəlir. Mərasimin aparıcıları iki saatlıq “qanlı” döyüşə başlayırlar. Döyüşdən sonra çayda çimmək olar, bundan sonra isə məşhur paelyanı yemək və əla yerli şərab içmək olar.