WHR kalkulyatoru - bel-omba nisbəti üçün

14.09.2009

Calorie Calculator Calculates your daily caloric needs based on physical activity, height, weight. Also calculates kiloJoules.

Bel-omba nisbətiniz bizim kalkulyatorla!

Bel-omba nisbətini bilmək nə üçün faydalıdır?

Son araşdırmalar göstərir ki, bir çox xəstəliklər ancaq piylənmədən deyil, onun tipindən də asılıdır. Xüsusilə sağlamlıq üçün təhlükəli olan qarın nahiyəsində (abdominal piylənmə) yayılan piy toxumasıdır. Piy toxumasının yerləşməsinin xüsusiyyətini aşkar etmək üçün bel dairəsinin bud dairəsinin ölçüsünə nisbəti istifadə olunur. Nəticə, təbii anatomik fərqə görə kişi və qadınlarda müxtəlif cür izah olunur.

Piylənmənin tipi - səhhətimizə bu necə təsir edir?

Piylənmə əsasən iki tipə ayrılır:
- Abdominal tip (almavari, androidal, maskulin) - əksərən kişilərdə və menopauza dövrü keçmiş qadınlarda rast gəlinir. Sağlamlıq üçün daha təhlükəllidir, çünki ürək-damar problemləri, hipertoniya və diabet riskini artırır. Kişilərdə belin ölçüsü 102 sm-dən, qadınlarda isə 88 sm-dən artıq olduqda bu abdominal piylənmə hesab olunur.
- Çanaqətrafı, bud və sağrı piylənməsi tipi (armudvari)- əksərən qadınlarda çanaqətrafında və bud hissədə piy toxumalarının yığılması şəklində rast gəlinir. Sağlamlıq üçün o qədər təhlükəli hesab olunmur.
Piy toxumalarının bədəndə paylanmasını müəyyənləşdirmək üçün, bel ölçüsü ilə bərabər, bel-omba Nisbəti indeksindən də istifadə olunur.

Bud və bel dairəsini necə ölçməli?

Ölçü qollar aşağı salınaraq, ayaqüstə həyata keçirilir. Bunun üçün, başqa birisinin köməyinə ehtiyac olur.

Bud dairəsinin ölçülməsi
- Qadınlarda - ölçü budun ən geniş hissəsində aparılır.
- Kişilərdə - bud sümüyünün ən üst hissəsində ölçülür.

Bel dairəsinin ölçülməsi.
- Qadınlarda - alt qabırğa ilə çanaq sümüyü arasında olan hissə ölçülür.
- Kişilərdə - göbək səviyyəsində ölçülür.

Bel-omba nisbətinin düzgün göstəriciləri və sağlamlıq - təfsir

Bel-omba nisbəti indeksi piylənmənin növünü göstərir
Standart bel-omba nisbətləri:
- Qadınlarda - 0,71-0,85
- Kişilərdə - 0,78-0,94

Yüksək nisbət diabet, ürək-damar xəstəliyinə, ateroskleroz və hipertoniyaya səbəb olan almavari piylənmə deməkdir.
Aşağı nisbət az təhlükəli olan armudvarı piylənmə tipinə aiddir.

Bel-omba nisbəti və kişi, qadın cazibəsi

Alimlər bel-omba nisbətinin qadın cazibəsini qiymətləndirmək üçün əhəmiyyətli faktor olduğunu kəşf etmişlər. Avropa mədəniyyətində, 0,7 nisbətli (bel dairəsi bud dairəsinin 70%-idir) qadınlar kişilər tərəfindən daha cazibədar hesab olunur. Bir sıra gözəllik ikonalarından Merlin Monro, Sofi Loren və hətta Venus de Milonun müxtəlif çəki və boylarına baxmayaraq, bel-omba nisbəti 0,7-ə yaxın olmuşdur.

Həmçinin oxuyun

Saytda daha çox