Bu sayt məlumatları saxlamaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz bu faylların istifadəsinə razılıq verirsiniz.
Qidanın kalori dəyərini müxtəlif yollarla hesablamaq olar. Ən əlverişli üsullardan biri kalori cədvəllərdən istifadə etməkdir. Kalori cədvəllərini istifadə etməklə Siz dünyanın müxtəlif mətbəxlərin və yaxud müəyyən bir yeməyin (məsələn, istədiyiniz salat, şorba, əsas yemək və dessertlərin) kalori dəyərini yoxlaya bilərsiniz.
Kalori cədvəllərini həmçinin xüsusi qida maddələr və ya minerallara ehtiyacları və eyni enerji tələbatları olan müəyyən qrup insanlar üçün istifadə etmək olar. Bu qruplara uşaqlar, məktəblilər və əmizdirən anaları aid etmək olar.
Bəzən müxtəlif məhsulların və ya məhsul qrupların kalori dəyərini bilmək zəruriyyıtində oluruq. Tərəvəz, meyvə, sevdiyiniz qəlyanaltılar və alkoholsuz içkilərdə nə qədər kalori var? Əgər sağlam həyat tərzi yaşamaq istəyirsinizsə, bunları bilmək çox yaxşıdır. Sevdiyiniz çipsləri cürbəcür yoqurt souslarla verilən təzə tərəvəzlə əvəz etməklə Siz sağlamlığınız üçün daha faydalı olan qidanı seçirsiniz.
Sizin fikrinizcə, kaloriləri hesablamaq lazımdırmı? Hazırladığımız yeməklərin kalori dəyərini hesablamağa dəyərmi? Bəli, dəyər, çünki hər kəsin müxtəlif gündəlik kalori tələbatı var. Lakin bizi qidanın ancaq kalori dəyəri yox, həmçinin, onun tərkibində olan protein, yağ, karbohidrat, vitamin və minerallar ilə zəngin olub olmamağı maraqlandırmalıdır, çünki bunların hamısı orqanizmin sağlamlığını təmin edən faktorlardır. Proteinlər bioloji proseslərin axımında vacib rol oynayır və hər bir hüceyrənin hissəsini təşkil edir. Proteinlərin lazımi miqdarda qəbulu tarazlanmış hormonlar istehsalı, infeksiyalara qarşı güclü müqaviməti və həzm sisteminin düzgün fəaliyyətini təmin edir. Qidamızda həmçinin kifayət qədər karbohidsratlar olmalı, çünki onlar proteinin istehsalı və yağların yanması prosesində iştirak edir. A, D, E və K kimi vitaminlərinı yağda əridildikləri üçün insan orqanizmi üçün yağın qəbulu zəruridir. İnsan orqanizmi vitəminləri özü istehsal edə bilmədiyi üçün, bi vitaminləri qida vasitəsilə hər gün qəbul etməliyik. Bu çox vacibdir, çünki vitaminlər orqanizmin düzgün fəaliyyəti və orqanizmin inkişafı və böyüməsi üçün zəruridir. Minerallar həmçinin qidanın vacib bir elementidir . Minerallar orqanizmdə requlyator funksiyasını icra edir və inşaatçı rolunda iştirak edir. Bizim kalori tələbatımız nədən asılıdır? Cavab sadədir …bizim fizioloqiyamızdan. O, yaş, gördüyümüz iş tipi, cinsiyyət və yaxud ümumi yaşayiş şəraitimizdən asılı olaraq orqanizmin eytiyaclarını və kalori tələbatlarını müəyyən edir. Şübhəsiz ki, yaşlı insanların qida standartları tələbələrin qida standartlarından çox fərqlənir, çünki onların həyat tərzləri olduqca fərqlidir. Hamilə qadınların qida tərzi həmçinin fərqlənməli və körpənin düzgün inkişafı üçün tələb olunan bütün qida maddələri, vitamin və minerallar ilə zəngin olmalıdır. Dünyanın bütün mətbəxlərində səmərəli qida anlayışı var. İnsanlar hər zaman qidanı tarazlamağa çalışıb. Misal üçün təxminən bütün zövqləri oxşayan İtalyan mətbəxi göstərmək olar. Çox zəngin və valehedici ətirlərlə zəngin olduğu üçün, o,dünyanın ən yaxşı mətbəxlərindən biri sayılır. İtalyan mətbəxi dünyanın ən sağlam mətbəxi hesab edilən təbii və ahəngdar yapon mətbəxindər çox fərqlidir. Yuxarıda göstərilən səbəblər kalori cədvəllərindən istifadə etməyə başlamaq üçün kifayyətdir. Məhsulların qida və enerji dəyərini bilsək, biz qidamızı daha zəngin, faydalı və maraqlı edə bilərik! Düzgün qidalanmaqla biz daha çox enerji, yaxşı maddə mübadiləsi və gözəl bədən proporsiyalarını əldə edə bilərik bilərik!