Yaşıl pəhriz sağlam pəhrizdir

20.10.2014

Yaşıl rəng bitkinin qəbul etdiyi günəş işığından enerji istehsal edən vacib boya-xlorofil tərkiblidir. Ən vacib funksiyalarına aiddir:

  • toksinləri zərərsizləşdirir
  • qaraciyəri təmizləyir
  • artıq qan şəkərini azaldır
  • xoşagəlməz bədən qoxularının qarşısını alır və azaldır
  • qan-damar sistemini möhkəmləndirir
  • iltihabın qarşısını alır

İnsan bədənində, xlorofil orqanları, xüsusilə qaraciyəri toksinlərdən təmizləyərək güclü kömək edir. Bu boya zəhərli birləşmələrlə (bəzi kanserogen maddələr daxil olmaqla) əlaqəyə girir ki, çox az miqdarda zərərli birləşmələr bədən toxumasına daxil ola bilsin. Ağır metalları neytrallaşdırır. Xlorofil yaraların sağalmasını sürətləndirir, bir çox insan üçün problem olan pis qoxuları aradan qaldırır. Tədqiqatlar göstərir ki, xlorofil, həmçinin, qan-damar sisteminin işinə müsbət təsir göstərir və iltihabın qarşısını alır.

Xlorofildən başqa, yaşıl tərəvəzlər B vitaminləri kimi sinifləndirilən fol turşuları ilə də zəngindir. Bu təkcə hamiləlik pəhrizində yox, bütün pəhrizlərdə vacibdir. O, hüceyrə membranının keçiriciliyini təyin edir və əsəb sisteminə təsir edir. Bundan əlavə, bu qrup tərəvəzlər A, C və E vitaminləri ilə zəngin olduğu üçün, immun sistemimizə müsbət təsir edir, xərçəngin qarşısını alır, dərinin quruluşunu inkişaf etdirir və yaşlanmağı gecikdirir.

Ən çox istifadə olunan yaşıl tərəvəzlər bunlardır:

  • ispanaq
  • brokkoli
  • Brüssel kələmi
  • qulançar
  • kələm
  • xiyar
  • yaşıl noxud
  • gül kələmi

Həmçinin oxuyun

Saytda daha çox