Bu sayt məlumatları saxlamaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz bu faylların istifadəsinə razılıq verirsiniz.
Tərəvəzlər bişərkən, çoxlu kimyəvi və fiziki əməliyyatlar baş verir. Tərəvəzlərin rəngi temperatur dəyişikliyini müxtəlif cür reaksiya verə bilər. Onların yeməklərdəcazibərdarlığını azaldan bu dəyişikliklərin qarşısın almaq üçün, onların daxilində baş verən reaksiyaların növlərini bilmək lazımdır.
Çuğundur, qırmızı kələm və qırmızı soğanların tərkibində antozyan var. Qırmızı rənglilər həm turşu, həm də qələvi mühitinə qarşı həssasdır. Ona görə də, çuğunduru limón şirəsi və ya bir qədər doğranmış alma kimi çox az turşu ilə bişirmək lazımdır. Lakin, unutmamalıq ki, azca turşu qatmaq lazımdır, çünki bu, bişmə vaxtını uzadır. Qalan turşu bişdikdən sonra əlavə edilməlidir. Tərəvəzləri azca suda sürətli bişirin. Mümkündürsə, qabıqlarını soymayın, məsələn: çuğundur. Onları buğa vermək də yaxşı kulinariya metodudur.
Yerkökü, qarğıdalı, pomidor, bibərlər və balqabağların hamısı karotindən ibarətdir. Bu rənglərin stabilliyi yaxşıdır; onların turşuları və qələvilər az təsirli olur. Lakin, çox bişirildikləri təqdirdə rəngləri solğunlaşa bilər.