Bu sayt məlumatları saxlamaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz bu faylların istifadəsinə razılıq verirsiniz.
Pəhriz vaxtı maddə mübadiləsin ləngiməsi səbəbindən biz daha az kalori yandırırıq, lakin bizin həzm sistemimiz daha gərgin işləyir. Kalori qəbulunun birdən azaldılması bizim piy və əzələ toxumasının yanmasına səbəb olur. Lakin başlanğıc mərhələsində müşahidə etdiyimiz uğurlu nəticə aldadıcıdır, çünki o, əsasən suyun əzələ toxunmasından çıxdığına görə əldə olunur. Pəhrizdən çıxdığımızdan sonra insan orqanizmi tədricən öz piy toxumasını bərpa edir və hətta əzələ toxumasını piy toxuması ilə əvəz etməyə başlayır. Pəhrizin sonuna yaxın maddə mübadiləmiz ləngiyir, məhz bu səbəbdən pəhrizdən cıxdığımizdan sonra bir yavaş-yavaş köhnə çəkimizə qayitmağa başlayırıq.
Karbohidratlarla zəngin olan qidanın qəbuluna öyrənmiş insanlar pəhrizdən çıxdıqda köhnə qida vərdişlərinə qayıtdıqlarına görə itirdikləri çəkini yenidən bərpa edir. Karbohidratlarla zəngin olan qidanın gündəlik qəbulu iştahanı artırır və tədricən piylənməyə gətirib çıxarır.
Yuxarıda qeyd olunan səbəblərə görə, və xüsusilə maddə mübadiləsinin ləngiməsinə görə, pəhrizlərin çoxusu uğursuzluqla nəticələnir və beləliklə, insan orqanizmini daha çox piy toxumasını yandırmağı məcburiyətin qarşısında qoyur.
Düzgün pəhriz yaxşı planlaşdırılmalı və bir neçə həftə ərzində tutulmalıdır. Piy toxumasının 1 kilosu təxminən 7000 kilokaloriya təşkil edir. Yo-yo effektinin qabağını almaq üçün Siz maddə mübadilənizi hər 3-4 həftədən bir qidanızın kalori dəyərini artırmaqla yaxşılaşdıra bilərsiniz.
Qəbul etdiyimiz yeməklərdə minimal miqdarda karbohidratlar olmalıdır. Məsələn, 115-150 qram ət və ya balıq, 60-90 qram pendir və iki orta ölçüdə olan boşqab tərəvəz və ya kahıni rahat yeyə bilərsiniz. Belə bir qida aclıq hissini aradan götürür və insulin səviyyəsini qaydaya salır. Beləliklə Siz özünüzü tərkibində karbohidratlar olan sağlam qida ilə mükafatlandırmış olacaqsınız. Unutmamayın ki, qida rasionumuzda məhz karbohidratlar payının çox olması bizi artıq çəkiyə gətirib çıxardır.
Nümunəvi menyu
Səhər yeməyi:
Bir dənə orta ölçülü bublik
Nahar:
Salat və otlar ilə marinada qoyulmuş toyuq döşləri. Limon pudinqi və buzlu çay.
Şam yeməyi:
“Mükafatlandırıcı” yeməklərdən biri – sevimli yeməklərinizdən birini hazırlamaqla özünüzü mükafatlandırın.
Pəhrizinizdə karbohidratların miqdarını aşağı salmaqla çəkinizi yavaş-yavaş, lakin tədricən aşağı salın.