Yüngül yay salatları - çəki itirin və əla görünün

11.06.2013

Çəki itirin və yaxşı görünün

Gündə ən azı beş dəfə yemək vacibdir, amma karbohidratı və yağı az olan kiçik porsiyalarla, çoxlu maye için və gündə yarım saat gəzinti edin. Bəs nə yeməli? Yay fəsli pəhrizə başlamaq üçün ideal vaxtdır. Çeşidli meyvələrin və tərəvəz salatlarının dadı və faydalarından həzz almaq olar.

Yay salatları bişirərkən elə meyvə və tərəvəzlərin kombinasiyasını seçin ki, onlar nəinki ehtiyac və istəklərinizi təmin etsin, həmçinin metabolizmi artıran, yağları yandıran və yaxşı hiss etmənizi, formada olmağınızı təmin edən əsas elementlərdən ibarət olsunlar: badımcan, sukkini, pomidor, bibər, şaftalı, yemiş, üzüm, paxla, xiyar, kahı, brokkoli, limon, alma, avokado. Dadlı salat əldə etmək üçün pendir, qaynadılmış yumurta, qızardılmış çörək kubları, keyfiyyətli üzüm sirkəsi, yağ, bir qədər təzə otlar əlavə edin. İsti və ya soyuq ,ətli və ya ətsiz yeyin, onlar sizin sevimli yay zövqünüz olacaq!

Həmçinin oxuyun

Saytda daha çox