“Zaolü" marinadlı balıq

15.04.2015

Videoya baxın və bizimlə birlikdə xörək bişirin!

Yerkökünü nazik zolaqlara doğrayırıq, üstünə ağ istiot səpirik və bir müddətə kənara qoyuruq. Həmçinin quru zirinci isti suda isladırıq. İndi isə balıq filesini parçalara doğrayırıq. Yumurtanı qırmızı şərab və nişasta ilə çalın. Balıq parçalarını alınmış kütləyə batırırıq və yüngülcə qızılı qabıq alınana qədər qızardırıq. Xırda doğranmış soğanı, zəncəfili və sarımağı suya qoyub qaynadın. Həmçinin zövqə görə ədviyyat qatın. Bundan başqa, suda həll olunmuş nişasta və unu əlavə edin. Alınmış qatı qarışığa balıq parçalarını qoyun və marinad qatı olana qədər pörtlədin. Balıq bişərkən ispanaqdan salat hazırlayaq. Quru tavada sidr qozunu qızardaq ki, daha ətirli olsun. Bir az zeytun yağı əlavə edin. Donu açılmış ispanaqı götürün. İspanaqa sidr qozunu, isladılmış zərinci və soya sousunu əlavə edin və daha bir neçə dəqiqə pörtlədin. Sonda bir az nişastalı su əlavə edin. Qarışdırın və boşqaba qoyun. Salatın ətrafında qatı sous içində balıq parçalarını düzün. Kök zolaqları ilə bəzəyirik və ənənəvi Tayvan resepti üzrə hazırlanmış dadlı və xeyirli xörəkdən - "zaolü" marinadına qoyulmuş ispanaqlı balıqdan ləzzət alırıq.

Bu xörəyin hazırlanması üçün inqrediyentlərin siyahısı:

“Zaolü

Həmçinin oxuyun

Saytda daha çox