Çox cəhd etmədən və qurban vermədən çəki itirmək üçün nə etməli

03.12.2013
çəki itirmək

Siz, daim yorğun, enerjisizsiniz və daha pisi qarnınızın kökəldiyini görürsünüz? Əlavə olaraq, tutduğunuz pəhrizlər effektiv olur? Boşqabınıza adətən nə qoyduğunuza yaxından baxmağa cəhd edin. Düzgün olmayan metabolizmin və artıq çəkililiyin səbəblərindən biri artıq turşular ola bilər. Müntəzəm olaraq yediyiniz qidalar, misal üçün, ətlər, yumurta, kolbasa, yağlar, pendir və şirniyyatların bədəndə turşu təsiri olur və bu, nəticədə, metabolizmini zəiflədir, bədən çəkisini artırır və pis hiss etməyinizə səbəb olur.

  • Qələviləşdirmə təsiri olan qidalar, yəni tərəvəzlər (noxud və soya istisna olmaqla), meyvə (mərcanı və qaragilə istisna olmaqla) və süd məhsulları 3/4 hissəsini təşkil etməlidir.
  • Turşu təsiri olan qidalar, bütün növ ət, balıq, kolbasa, yağlar, pendir, yumurta (xüsusilə, sarısı), şəkər və şirniyyatlar, düyü, makaron, yulaf yarması, myusli, buğda, tam taxıl çörəyi və qoz-fındıq yeməklərin tərkibində 1/4 hissəsini təşkil etməlidir.

Yaşıl kokteyl – toksinlərdən təmizləyir və enerji verir

Bir fincan adi yoqurt, təzə xiyar, yarım diş sarımsaq, yarım təzə nanə yarpağını qarışdırın. Sonra,dad üçün bir çimdik istiot və duz əlavə edin. Məhlulu soyuducuda soyutduqdan sonra için.

Arıqlama günü

Bütün yeməklərdə, boşqabınızda ¾ qələviləşdirən qidalar (əsasən, tərəvəz və meyvələr) və ¼ turşulu qidalar (ət, yağ) olmalıdır - bu, sizə bədəndəki kimyəvi balansı saxlamağa və 7 gündə 4 kiloqrama qədər itirməyə kömək edəcək.

Pəhriz zamanı, 8 stəkan maye için, təzə tərəvəz və meyvə şirələri, bitki çayları, mineral sular (çoxlu minerallar olmayan və qazsız, çünki qazlı su karbon dioksiddən ibarətdir ki, bu da turşu yaradır) içə bilərsiniz.

Nümunəvi menyu

Səhər yeməyi - 3 xörək qaşığı myusli və ½ fincan meyvə qarışığı ilə bir kasa yoqurt (kefir və ya süd), bir çay qaşığı bal, təzə portağal şirəsi

Saat 11 ətrafında – qarışıq: 2 xörək qaşığı yaşıl noxudla qarışdırılmış, üzərinə otlar, qırmızı paprika, pomidor vurulmuş ½ banka duzlu tuna balığı; bir fincan yaşıl çay

Lanç - 2 ədəd tərəvəz içlikli fəsəli ( 3 xörək qaşığı doğranmış ispanaq, hər birindən ½ hissə olmaqla: avokado, xiyar, pomidor, kiçik yunan qabağı, 5 dəstə brokkoli və 15 qr tofu), ½ dilim limon şirəsi qatılmış su və ya yaşıl kokteyl

Qəlyanaltı – bir kasa təzə doğranmış tərəvəzlər: yerkökü, xiyar, bibər; ½ fincan göyərtili yoqurt sousu, 15 qr bişmiş toyuq sinəsi, yaşıl kokteyl

Nahar – üzərinə ədviyyatlar (məs. bibər, sarımsaq) vurulmuş 10 qr treska (və ya alabalıq), çiy tərəvəzlər (kahı; hər birindən ½ hissə olmaqla: bibər, xiyar,pomidor, 3 ədəd turp), buxara verilmiş tərəvəzlər (brokkoli və gül kələmin iki dəstəsi, yerkökü və nazik zolaqlara doğranmış çuğundur), bir xörək qaşığı yaşıl noxud. Göyərti, bir çay qaşığı limon şirəsi və zeytun vurun. Bitki çayı için

Həmçinin oxuyun

Saytda daha çox