Gündəlik pəhrizdə duzun faydası

18.06.2015

Duz bədənimizdə bir çox proseslərdə əsas rol oynayan sodium ionlarının əsas mənbəyidir. Onlar qanın sabit təzyiqinin saxlanmasında, su ehtiyacının tənzimlənməsində və sinir sisteminin fəaliyyətində rol oynayır. Duz qəbul etmək sağlamlığımız üçün vacibdir.

Bəs, duzun niyə mənfi nüfuzu var? Tətqiqatlar göstərir ki, standart duz qəbulu çoxdur. Duzun artıqlığı çox ziyanlar verə bilər vəə sağlamlığımızda mənfi təsirləri ola bilər. Duzdan çox istifadə hipertoniyaya səbəb ola bilər və ürək xəstəliyi riskini artırar. Həddən artıq duz yemək, mayeni bədəndə saxlayır və ayaqlarda şişməyə, ağırlıq hiss etməyə səbəb olur. Bundan əlavə, protein metabolizması pozulur.

Duzdan istifadəni azaltmaq sağlamlığımıza və əhvalımıza müsbət təsir edir. Bəs, duzdan istifadəni necə azalda bilərik? İlkin olaraq, qidanızda duzun miqdarını tədricən azaltmalısınız. Həmçinin, əvvəlcədən bişmiş olan qidaları və ya konservləri azaltmalısınız. Gündəlik pəhrizinidə duz əvəzedicilərindən də istifadə edə bilərsiniz. Ən məşhurları, təzə və ya qurudulmuş rozmarın, reyhan, oreqano və kəklik otudur.

Gündəlik pəhrizdə duz- sağlamdır yoxsa, yox

Duzdan diqqətli istifadə edin, sağlamlığınızı qoruyun.

Daha ətraflı:

Qida piramidaları

Sağlamlığınız və gözəlliyiniz üçün xeyirli yeməklər

Həmçinin oxuyun

Saytda daha çox