Bu sayt məlumatları saxlamaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz bu faylların istifadəsinə razılıq verirsiniz.
Makaronu bişirmək əslində çox asandır. Sadəcə olaraq bəzi qaydalara riayət etmək lazımdır. Makaronu düzgün şəkildə bişirmək üçün italyanların özlərinin verdiyi məsləhətlərlə tanış olun.
1. Bütün makaronlar müxtəlifdir.
Makaronun keyfiyyəti inqrediyentlərin keyfiyyətindən asılıdır. Makaronların keyfiyyətli olub-olmamasını bilməyin ən sadə yolu onları bişirməkdir. Əgər makaronlar bişdikdən sonra su şəffaf qalırsa və makaronlar gözəl qızılı rəng alırsa, deməli məhsul keyfiyyətlidir.
2. Su, su, yenə də su.
İnsanların əksəriyyəti makaronu hazırlamaq üçün çox kiçik qabdan istifadə edir və suyu həddindən az tökürlər. Düzgün nisbət isə 100 qram makarona 1 litr su təşkil edir.
3. Duz
Duzlu su makaronun dadını artırır. Su qaynama həddinə çatan kimi makaronları suya tökmədən öncə duzu tökün. İdeal nisbət 1 litr suya 7 qram duz təşkil edir.
4. Yağ ilə su qarışmır
Əgər makaron yüksək keyfiyyətlidirsə yağ əlavə etməyə ehtiyac yoxdur. O, makaronları yalnız nazik qatla örtəcək və nəticədə eynilə əriştədən axan sous alınacaq.
5. Bişmiş makaronları soyuq su ilə yumaq lazım deyil.
Hazır makaronları soyuq su ilə yumayın. Bunu etməklə siz sousu makaronda saxlayan nazik nişasta qatını aradan qaldırmış olursunuz.
Daha çox dadlı reseptləri buradan tapın: Siciliya spagettisi – tunes balıqlı İtalyan makaronu