Bu sayt məlumatları saxlamaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz bu faylların istifadəsinə razılıq verirsiniz.
Espresso
İtalyan kulinariyasına bağlı olan ən klassik kofedir. Espresso bir çox kofelər üçün baza rolunu oynayır. Keyfiyyəti səthində olan kremli köpüklərdən bəlli olur. Klassik İtalyan espressosu silindr şəkilli kiçik fincanlarda süfrəyə verilir.
Espresso Lungo
“Lungo” sözü “uzun” deməkdir və daha çox su ilə, klassik espressodan daha uzun müddət bişirilir. Tünd deyil, amma daha acı dadı var.
Kappuçino
Bu məşhur kofe Kapuçin rahibləri tərəfindən ixtira olunmuşdur. Kapuçino, bərabər hissələrdən ibarət yumşaq içkidir: üyüdülmüş espresso, isti süd və süd köpüyü. Bu içkinin üstünə adətən darçın və xırdalanmış şokolad qoyulur.
Caffè latte
Adının mənası südlü kofe deməkdir. Caffè latte daha iri qablarda verilir: hündür stəkanlar və ya geniş fincanlarda. Caffè latte adənə proporsiyalarla hazırlanır: 1/3 espresso və 2/3 süd.
Latte macchiato (latte moxiato)
Latte macchiato 3 təbəqədən ibarət iri proporsiyadır: alt təbəqə süd, orta espresso və üst təbəqə- dadlı süd köpüyü. Bu növ kofe adətən yanında uzunsov qaşıqlarla süfrəyə verilir.
Mocha
Mocha Latte növüdür. 1/3 espresso, 1/3 isti süd və 1/3 tünd və ya südlü şokoladdan ibarətdir. Latte və ya kappuçinodan fərqli olaraq, mocha köpüklü olmur. Adətən, üstündə nazik krem olur.
Zövq alın və daha ətraflı oxuyun: