Bu sayt məlumatları saxlamaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz bu faylların istifadəsinə razılıq verirsiniz.
Avropa üsulu çəngəl-bıçaq düzülüşü zamanı istifadə etmək üçün çəngəllər solda, bıçaq və qaşıqlar isə sağda qoyulur. Parıldadılmış çəngəl-bıçaq boşqabın hər iki tərəfinə qoyulur, istifadə edilmış olanlar setdən kənara qoyulur.
Məzələr və əsas yemək üçün çəngəllər boşqabın soluna qoyulur, sağ tərəfdə isə sneklər üçün bıçaq, sup qaşığı və əsas yemək üçün bıçaq qoyulur. Əgər balıq yeməyi hazırlamısınsa, normal çəngəl-bıçaq əvəzinə, xüsusi set qoymalısınız. Balıq üçün çəngəl və bıçaq enli formada olur, onlar kəsmək üçün deyil, əti sümükdən ayırmaq üçündür. Sup qaşığı bıçaqların arasında sağ tərəfdə qoyulur. Kofe/çay qaşığı boşqabın üstünə qoyulur. Sol tərəfdə desert üçün də çəngəl olur.
Mükəmməl düzülüş və simmetriya mükəmməl süfrə üçün vacibdir. Çəngəl-bıçaq süfrənin kənarından 1sm məsafədə qoyulmalıdır. Süfrə ensiz olarsa desert çəngəllərini və kofe/çay qaşığını qoymaya bilərsiniz. Bu aksessuarlar desertlə bərabər verilə bilər.