Kofe - hissləri stimullaşdıran içki

08.04.2015

Aroma, tekstura və dad kofe içərkən qiymətləndirilən əsas faktorlardır. Lakin, fərdi üstünlüklər əsas rol oynayır.

Görmə hissiyatı İlk bir neçə saniyə, digər hisslər- dad və qoxu hərəkətə keçmədən, baxışımız kofenin keyfiyyətini qiymətləndirir. Görmə hissi, rəngin intensivliyini, teskturanı və köpüyün təbii strukturunu qiymətləndirir. Bundan əlavə, kofenin süfrəyə verilmə yolu da görmə hissimizə təsir edir. Biz diqqətimizi kofeni içdiyimiz bakal və ya fincana, kofenin dekorasiyasına (şokolad tozu, fındıq və portağal dilimləri ilə qarışdırılmış döyülmüş krem) yönəldirik. Qoxu hissi Burnumuz kofe fincanından gələn aroma qoxusunu hiss edir. İnsan burnu 10000 fərqli aromanı ayırd edə bilir. 80% dad hisləri qoxu hissiyatı ilə tanınır. Qoxu təsirləri kofeyə müxtəlif əlavələr etməklə gücləndirilə bilər. Ən çox istifadə edilən darçın, vanil və hildir. Dad hissi İnsan dili 4 əsas dadı tanıyır: şirin, duzlu, turş və acı. Dadlandırılmış siroplar və bal kofenin dadını zənginləşdirə bilər. Bunlar digər əlavələrlə kombinasiyada unikal birləşmə yaradır.

Kofe - hissləri stimullaşdıran içki

Dostlarınızla dadlı kofe hazırlayın.

Qəhvənin xeyri və zərəri

Käsekuchen - çizkeyk, kəsmikli piroq

Həmçinin oxuyun

Saytda daha çox