Bu sayt məlumatları saxlamaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz bu faylların istifadəsinə razılıq verirsiniz.
Bolonya sousu Italiyanın Emilia-Romanya regionuna xas sousdur. Bu sousun tərkibinə əsasən yerkökü, soğan, kərəviz, tomat püresi və qırmızı şərab daxildir. İtaliyada bu sous spagetti ilə verilmir. Bolonya sousuna xas makaron talyatelle – uzun yastı zolaqlı makarondur. Bu sous beşamel souslu lazanya ilə əla vəhdət təşkil edir.
Karbonara Latsio, xüsusən də Romaya xas sous növüdür. O, ənənəvi olaraq yumurta, bekon (adətən pansetta), pekorino və ya parmezan pendirindən qara istiot əlavəsi ilə hazırlanır. Bu sous adətən spagettiyə əlavə edilməsinə baxmayaraq uzun və nazik zolaqlı bavette makaronu ilə də süfrəyə verilə bilər.
Klassik yaşıl pesto Liquriya regionunun paytaxtı Genuyada meydana gəlib. Onun əsas komponentlərinə daxildir: reyhan, şam, qoz-fındıq, sarımsaq, zeytun yağı, parmezan və dəniz duzu. Pesto bavette, spagetti və ya bişmiş lazanya dilimləri ilə əla vəhdət təşkil edir.
Arrabiata Latsio və Roma regionuna xas digər bir makaron növüdür. Zeytun yağında çili və sarımsaqdan tomat sousu hazırlamaq çox sadə və asandır. Arrabiata sousu penne riqata makaronu ilə əla dadır. Bu souslu makaronun üzərinə adətən doğranmış cəfəri səpilir. Bundan pizza üçün sous kimi də istifadə etmək olar.
Digər dadlı reseptləri buradan əldə edin: