Bu sayt məlumatları saxlamaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz bu faylların istifadəsinə razılıq verirsiniz.
Bu gün insanlar daha çox stol arxasında işləyirlər. Günlərimizin bu əlaməti ilə birlikdə köklük də əmələ gəlir, çünki az məşq edirik və daimi olaraq oturmuş vəziyyətdəyik.
Səhər yeməyi:
Qəhvə və ya çay məsləhət görürük; yağsızlaşdırılmış süd ilə, lakin şəkərsiz içsəniz daha yaxşı olar. Bir stəkan yağsızlaşdırılmış süd, yaxud kefir, yaxud da yoqurt içmək əla olar.
Seçmək üçün menyular:
Nazik qat kərə yağı ilə 2 dilim çovdar çörəyi, 2 dilim vetçina, iki qırmızı turp;
Kərə yağı ilə 1 dilim qara çörək, kəvər və xiyar ilə 100 q kəsmik;
1 ilıq və ya bərk bişirilmiş yumurta, yağla 1 dilim çörək, bir pomidor;
Yağ ilə 2 dilim çovdar çörəyi, 2 dilim pendir, iki qırmızı turp;
Yağla 1 tikə tam taxıl çörəyi, kəsmik və ya 1 xörək qaşığı cem.
İşə nə cür yüngül qəlyanaltılar apara bilərsiniz?
1 alma; 1 armud; 1 kiçik banan; 2 kök.
Nahar:
Tərəvəz salatı: xiyarı, bibəri, bir neçə qırmızı turpu və 150 q yüngül feta pendirini doğrayın, duz-istiot qatın, qarışdırın.
Balıq salatı: 150 q yağ ilə tunes balığı, bərk bişirilmiş yumurta, pomidor və soğan. Yağı boşaldın, yumurta, pomidor və soğanı doğrayın, duz-istiot qatın, hamısını qarışdırın.
Pendir salatı: 200 q tərkibində yağın miqdarı az olan kəsmik, doğranmış qırmızı turp və kəvər, 4 xörək qaşığı yoqurt, duz-istiot.
Toyuq salatı: 100 q qızardılmış və doğranmış toyuq döşü, ananas və alma dilimləri, 3 xörək qaşığı konservləşdirilmiş qarğıdalı, 2 qara gavalı.
Şam – evdə yeməyi unutmayın:
Tərəvəzlərlə düyü: 100 q bişirilmiş düyü ilə 250 q yağda pörtülmüş tərəvəz və göbələyi qarışdırın.
Tərəvəzlərlə balıq: 2 sürtkəcdən keçirilmiş kökü, doğranmış soğanı və pomidoru yağda pörtlədin, 150 q balığı əlavə edin, pörtlədin, duz-istiot qatın.
Göbələklərlə frikadellər: 1 soğanı göbələklərlə birlikdə pörtlədin, 100 q toyuq qiyməsi, cəfəri və duz-istiot əlavə edin, frikadelləri hazırlayın, buxarda bişirin. Süfrəyə bir xörək qaşığı düyüdən ibarət olan qarnirlə verilir.
Makaron və sous: 100 q makaron bişirin, 2 çay qaşığı soğan və sarımsaqla pörtülmüş tomat pastası qatın.