Tərəvəzlər C vitamini, beta-karotin,B qrup vitaminlər, kalium və lifin ən yaxşı mənbəyidir. Onlar qida dəyərli və az kalorilidir.
Tərəvəzlərdən qidalandırıcı yemək hazırlamaq üçün, onları bişmiş arpa və ya düyü ilə birləşdirmək yaxşıdır.
Tərəvəz yeməyi üçün ən yaxşı ideya, misal üçün, bibərlər, düyü və göbələklərlə doldurulmuş pomidor, və ya pendir və tərəvəz kürüsüdür.
Siz, kartof, brokkoli, gül kələmi, Brussel kələmi, yerkökü və soğandan zapekanka hazırlaya bilərsiniz. Tərəvəzlər təzə və ya buğa verilmiş şəkildə ağ sous və ya tomat sousu ilə sobada bişirilməlidir. Yeməyə pörtlədilmiş lobya, düyü və pendir əlavə edə bilərsiz.
Tərəvəzlər yağda qızardıla bilər və kartof və ya düyü ilə süfrəyə verilə bilər.
Tərəvəz yeməklərində sarımsaq, göyərti, xüsusilə qaraqınıq, reyhan və tərxun olması əladır.
Ədviyyat kimi, istiot və ya paprikadan istifadə edə bilərsiniz.
Paxlalılar
Bu tərəvəzlər gec bişir və əvvəlcədən uzun müddətə suya qoyulmağı tələb edir. Mərci istisnadır; o, yuyulduqdan sonra bişirilə bilər.
Qabarcıqlardan yaxa qurtarmaq üçün paxlaları qapağı açıq qazanlarda bişirmək lazımdır.
Lobyada, mərcidə və ya noxudda olan proteyinlərə yumurta və ya süd məhsulları əlavə etməklə biz tam faydalı yemək əldə edə bilərik.
Quru paxlalar kalorili və qidalandırıcıdır.
Paxlalı yeməklərdə istifadə olunan ən yaxşı ədviyyatlar kəkotu, zirə və mərzədir.
Onlar əridilmiş yağla, sousda bişmiş şəkildə (pörtlədilmiş lobya), supla (noxud supu və ya Meksika supu) və zapekanka ilə verilə bilər.
Balıq
Balıq ət kimi eyni dəyərdə proteyinlərdən ibarətdir. Bundan əlavə balıq doymamış Omeqa-3 amin turşuları, A, D, E vitamini və mineral duzlarla zəngindir.
Ətlərin əksinə, balıq nə qədər yağlı olarsa, o qədər sağlamdır.
Onu qızartmaq, və ya sobada bişirmək və buğa vermək kimi sağlam yollarla hazırlamaq olar.
Suplarda istifadə olunanda əla dadır.
Bir tikə bişmiş balıq ətsiz salatı və ya zapekankanı qidalandırıcı yeməyə çevirir.
Kəsmik
Süd məhsulları proteyinlərin, kalsiumun, fosforun və D vitaminin ən yaxşı mənbəyidir.
Onları şirin və ya duzlu hazırlamaq olar. Onlar qarışıq və içlik üçün yaxşıdır.
Onlar klyotsk və fəsəlilərin içinə doldurmaq üçün yaxşıdır; onlar həmçinin, klyotskları və tortun üzərinə süzülə bilər.