“PAYTAXT” SALATI
Tərkibi
6 porsiyalar
Yaşıl noxud 1/2 banka
Marinada qoyulmuş xiyar150 g
Toquq əti filesi400 g
Yumurta3 əd.
Kartof300 g
Yerkökü1 əd.
Göy soğan3 sap
Xama150 g
Duz1 ç. q.
Qara istiot3 çimdik
Bişirmək
- Toyuğun döş ətinin üzərinə ətirli noxud və dəfnə yarpağı əlavə etməklə onu 20 dəqiqə pörtlədin.
- Kartofu təmizləyin və kiçik kublara doğrayın. Eynisini yerköküylə də edin.
- Kartofla yerkökünü ayrı qazanlarda olmaqla hazır olanadək 5-7 dəqiqə qaynayan duzlu suda bişirin.
- Yumurtaları bərk bişirin: suyu qaynadın, yumurtaları qaşığın köməyiylə ehmalca suya qoyun, 11 dəqiqə bişirin, sonra üzərinə soyuq su tökün.
- Toyuğun soyumuş döş ətini, yumurtaları və maranida qoyulmuş Bonduelle xiyarlarını kublara, göy soğanı isə halqalarla doğrayın.
- Bütün inqrediyentləri qarışdırın və üzərinə xama tökün, zövqə görə duz və istiot səpin.