QARĞIDALI İLƏ POKE-BOUL

Tərkibi
Bişirmək
1. Düyünü 30 dəqiqə duzsuz suda bişirin. Suyunu süzün. Üzərinə 1,5 x.q. sirkə tökün, yaxşıca qarışdırın.
2. Xiyarı halqalara, limonun yarısını isə dilimlərə doğrayın. Avokadonun qabığını təmizləyin və çəyirdəyini çıxarın. Avokadonun yarısını və 150 q az duzlu qızılbalığı nazik dilimlərə doğrayın.
3. Düyünü dərin kasaya bir qat olmaqla tökün. Üzərinə dairəvi şəkildə qızılbalığı, avokadonu, xiyarı, “Çuka” salatını, marinada qoyulmuş zəncəfili, təzə qarğıdalını düzün. Limon dilimi əlavə edin, üzərinə soya sousu və küncüt yağını tökün. Üzərinə küncüt səpin.
Poke — Havay mətbəxinin əsas yeməklərindən biridir, olduqca balanslıdır, zülal, lif, sağlam yağlar və “yavaş” karbohidratlar mənbəyidir.