Şef-aşbaz salatı

Tərkibi
1 bir hissə
şirin qarğıdalı dənələri170 qr
kahı
yerkökü
qaynadılmış yumurta
pomidor
soğan
sarı pendir
zeytun yağı
şərab sirkəsi
sarımsaq duz
Bişirmək
Şef-aşbaz salatı resepti
- Kahı yarpaqlarını yuyun, qurudun və əllə kiçik hissələrə ayırın
- Yumurtaları bərk qaynadın
- Pomidorları səkkiz hissəyə bölün, soğanı yarpaqlara ayırın, sarı pendiri kub şəklində doğrayın, yerkökünü isə qələm kimi doğrayın
- Zeytun yağını şərab sirkəsi, doğranmış sarımsaq dişi ilə qarışdırın, və zövqə görə duz və istiot əlavə edin
- Kahı yarpaqları üzərinə doğranmış tərəvəzləri və sarı pendiri qoyun, qarğıdalı əlavə edin, üzərindən iki və ya dörd hissəyə ayrılmış yumurta qoyun və hamısının üzərinə hazırlanmış sous tökün.
Şef-aşbaz salatı – bu salat, hər şeydən əvvəl, müxtəlif əlavələrlə kahı yarpaqlarıdır. Reseptləri müxtəlifdi, məsələn, salata ət, balıq əlavə etməklə və ya vineqret sousunu mayonez əlavə edilən sousla əvəz etməklə dəyişdirmək olar.