Proşuttolu, qaymaqlı noxud şorbası

/ 5
40 min
Proşuttolu, qaymaqlı noxud şorbası

Tərkibi

1 bir hissə
yaşıl noxudu Bonduelle400 q
proşutto4 dilim
yerkökü3
kartof5 ədəd
baş soğan1
cırhavuc kökü2
xama 1/2 stəkan
tərəvəz bulyonu2 stəkan
kərə yağı2 x.q.
zeytun yağı4
nanə yarpağı10
bəzək üçün xırda turp yarpağı
ədviyyat
duz
istiot

Bişirmək

Yemək isti halda süfrəyə verilir, qaymaqlı noxud şorbası - bütün ailə üçün sağlam ləzzətdir!
  1. Soğanı xırda-xırda, yerkökünü, cırhavucu, kartofu - kub şəklində, proşuttonu uzun-uzun doğrayın.
  2. Soğanı, yerkökünü və cəfərini az miqdarda bitki və kərə yağında qızardın. Bir neçə dəqiqədən sonra kartofu və tərəvəz bulyonunu əlavə edin. Üzərinə ədviyyat və nanə yarpaları səpin və kartoflar bişənədək qaynadın, sonra dərhal noxudu (donu açılmamış) əlavə edin. Bütün tərəvəzlər əlavə 7 dəqiqə ərzində qaynamalıdır, sonra dərhal xamanı qatıb, bircins konsistensiya alınanadək blenderlə çalın.
  3. Proşutto dilimlərini isti yağın içərisinə düzün və qəhvəyi rəng alanadək qızardın. Yağdan çıxarın. Yağın süzülməsi üçün kağız salfetin üzərinə yığın. Noxudlu krem-şorbanı qaba töküb, üzərini xırçıltılı proşutto və xırda turp yarpaqları ilə bəzəyin.
noxudlu-krem şorba süfrəyə isti halda qızardılmış çörək tikələri ilə verilir

Resepti qiymətləndirin

1
2
3
4
5

Bu kateqoriyadakı digər reseptlər

Saytda daha çox