Qeyri-adi imkanlara malik olan adi meyvə və tərəvəzlər

11.11.2013
meyvə və tərəvəzlər

Kələm

Azca yağla bişirilmiş və ya buxara verilmiş şəkildə qəbiz olmanın qarşısını alacaq və arıqlama effekti olacaq. Faktiki olaraq, canlandırıcı qidalar qrupuna aid olan turş kələmi tövsiyyə edirik.

Turş kələmin tərkibindəki maddələrin detoksikləşdirici xüsusiyyətləri var, onlar birləşdirici toxumanı gücləndirir və artıq suyu kənarlaşdırır ki, bu da sellülitdən azad olmağa kömək edir. Bədən möhkəm və hamar olur. Kələm bədəni C vitamini, kalium, mis və dəyərli lif ilə təmin edir. Kələm turşusunun tərkibində olan süd turşusu köpmənin qarşısını alır və bağırsaq florasını geri qaytarır.

Yerkökü

Yerkökünün tərkibində günəş enerjisi var və mümkün olan ən ucuz təbii dərmandır. B, D və E qrup vitaminlər və ən əsası da karotin (hansı ki, bədəndə A vitamininə çevrilir) xəzinəsidir.Görməyə böyük təsiri var. Onu bişirərkən və ya qaynadarkən, bir qaşıq yağ əlavə edin ki, karotin asan absorbsiya edilə bilsin. Gündəlik yeyildikdə, dərinizə gözəllik və sağlam rəng bəxş edəcək. O, həmçinin, kalium, kükürd, mis, dəmir, fosfor və yod ilə zəngindir. Yerkökülər həzmi tənzimləyir, metabolizmi stimullaşdırır və bədəndə arıqlama effekti olur.

Quru meyvə və qoz-fındıq

Onları yeməyə yalnız məhdud miqdarda icazə verilir - 100 qr bədəni 500 kkal ilə təmin edir. Bu çoxdur, lakin gündəlik olaraq bir qədər kişmiş, qaysı və ya araxis yeyə bilərsiz - onlar, şirniyyatlardan daha sağlamdır.

Quru meyvələr B qrup vitaminlərlə təmin edir; qoz-fındıq bizə E vitamini və dəyərli minerallar verir: dəmir, kalium, kalsium və maqnezium. Sakitləşdirici təsirləri var və yaxşı hiss etməyimizə kömək edirlər. Metabolizmi stimullaşdıran liflərdən ibarətdirlər.

Cəfəri

Kökləri zirzəmidə saxlamaq yaxşıdır, lakin yarpaqlar üzvi mənşəyi təmin etmək üçün, bütün il boyu dibçəkdə yetişdirilə bilər. Cəfəri C, E vitaminləri və efir yağlarından ibarətdir, buna görə də böyrək xəstəliklərini müalicə etməyə yardımçı olurlar. Cəfərinin sidik qovucu xüsusiyyətləri var, bədəni toksinlərdən təmizləyir. Dərini hamarlaşdırır və zərif vücudu saxlamaq üçün kömək edir. Təbii afrodiziak keyfiyyətlərinə görə onu yeməyə dəyər, çünki biz cinsi əlaqə zamanı 200 və 300 arası kalori itiririk.

Həmçinin oxuyun

Saytda daha çox