Bu sayt məlumatları saxlamaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz bu faylların istifadəsinə razılıq verirsiniz.

Bədənimiz öz xolesterolunun çoxunu qidadan alır. Onlar arteriya divarlarında formalaşır və arterioskleroz, koronar xəstəliyi və ya hipertoniyaya yol aça bilir. Ona görə də, fiziki məşğuliyyət və düzgün pəhriz gündəlik həyatımızda önəmli rol oynayır.
Taxıl məhsulları – gündə 4-5 dəfə. Tam taxıl məhsulları olmalıdır, məsələn, çovdar çörəyi, yarmalar, qəhvəyi düyü, myusli və yulaf unu, çünki bunlar liflə zəngindir. Lif qidadan xolesterol hissəciklərini absorbsiya edir və onların bədən tərəfindən udulmasının qarşısını alır.Ürək fiziki aktivliyin çatışmazlığından və xolesterolla zəngin pəhrizdən gərginləşir. Ürəyin vəziyyəti, həmçinin siqaret çəkməkdən və digər maddələrdən pisləşir. Diabet, piylənmə, hətta qrip və ya depressiya kimi xəstəliklər onu zəiflədə bilər. Xüsusi pəhrizlərə bağlanmaq bizi heyranedici nəticələrlə təmin etməyəcək, lakin sağlam həyat tərzi ilə birgə, o, qan dövranı sistemimizin funskiyasına yaxşı təsir edəcək. Ürək xəstəliyinin əsas səbəblərindən biri olan arteriosklerozun uzun müddətə, yavaş-yavaş və çox vaxt görünməyən simptomlarla inkişaf etdiyini xatırlamaq lazımdır.