Pain à l’ail - Fransız sarımsaq bageti
Tərkibi
1 bir hissə
baget2
iri sarımsaq4
doğranmış cəfəri2 xörək qaşığı
reyhan2 xörək qaşığı
sürtkəcdən keçirilmiş Çedar1 fincan
Parmesan və ya başqa bərk pendir
duz1 çayqaşığı
kərə yağı7 xörək qaşığı
zeytun yağı6 xörək qaşığı
Bişirmək
Baget, uzunsov yumru çörək, Fransanın simvollarından biridir, xüsusilə Parisin. Eyfel qülləsi, şərab, beret və ya pendirin simvola çevrilməsi kimi. Fransadan kənarda da çoxlu növ baget var, onlar dünyanın çox ölkəsində məşhurlaşıblar.
- Yağı əridin və sonra zeytun yağı, doğranmış sarımsaq və duz əlavə edin. Hamar tərkibdə olanadək hamısını qarışdırın
- Doğranmış cəfəri əlavə edin və yavaşca qarışdırın.
- İndi isə, bageti iki hissəyə ayıra bilərsiz və 2-3 sm uzunluqda sendviçlər hazırlamaq üçün hər yarını az qala axırına kimi kəsin. Kəsdiyiniz hissələrə sarımsaq kürüsü əlavə edin və həmçinin, bagetlərin ən üstünə bir qədər kərə yağı sürtün.
- İndi isə, hər bir bageti aluminium folqaya bükün, 180° C-lik peçdə 10-12 dəqiqə bişirin
- Bagetləri peçdən çıxardıqdan sonra, onları folqadan açın, üzərinə pendir səpin və peçdə əlavə 5 dəqiqə qızardın
- Süfrəyə verilməsi: Qəhvəyi rəngi almış və xırçıldayan bagetlər peçdən çıxarılmalı, kiçik hissələrə bölünməlidir. Süfrəyə isti verilməlidirlər. Onları xırçıldatmaqdan həzz alın.