Tərəvəzlər ilə krevet

/ 5
60 min
Tərəvəzlər ilə krevet

Tərkibi

1 bir hissə
brokkoli400 q
yaşıl lobya500 q
krevet18
balıq bulyonu1 fincan
krevet sousu4 yumurta sarısı
kök1 böyük kök
duz

Bişirmək

Film qəhrəmanı Forest Qamp krevet sayəsində var-dövlət qazandı. Krevetin dəniz məhsulları menyusunda şərəfli yeri var. Dənizdən nə qədər uzaq olsa, o qədər zərif sayılır və bahalı olur.

  1. Bambuk cücərtisini zolaqlara, brokkoli çiçəklərini kiçik hissələrə, kökü isə gül” formasında doğrayın. Brokkoli və kökü bir az suda bişirin və sonra soyuması üçün gözlədin.
  2. Balıq bulyonunu, soya sousunu və mirini qarışdırıb duz qatın, qazanda bişirin. Sonra bambuk və kökü qatıb, yavaş odda, ağır qapaq altında 6 dəqiqə bişirin - bambuk açıq qəhvəyi rəng alana qədər. Süfrəyə verməzdən əvvəl tərəvəzlərin üzərinə bulyon gəzdirin və brokkoli çiçəkləri ilə onları bəzəyin.
  3. Quyruqlarını saxlayaraq krevetləri soyun, bir az duz qatın, sonra hərəsini kartof nişastasına batırın, artıq nişastanı silkin. İki stəkan suyu qaynadın, krevetləri bu suda 10 saniyədən çox olmayaraq bişirin. Suyu boşaldın, soyuq suda yaxalayın və kənara qoyun.
  4. İki stəkan suyu qaynadın, lobyanı təmizləyib 1,5 santimetrlik diaqonal zolaqlara doğrayın. Duz qatın, təxminən 8 dəqiqə lobyanı suda bişirin, sonra suyu boşaldın, soyuq su ilə yaxalayın. Bir qazanda lobya sousu üçün inqrediyentləri qarışdırın və onları qaynadıb lobyanı əlavə edin.
  5. Krevet sousu üçün inqrediyentləri başqa qabda qarışdırın, qayanadın və krevetləri əlavə edin, odu azaldıb yavaşca yumurta sarısı əlavə edin. Sonra ağzı bağlı, təxminən iki dəqiqə ərzində bişirin.
  6.  Süfrəyə verilmə: Krevetləri böyük bir boşqaba qoyun, lobya ilə bəzəyin. Tərəvəzləri ayrıca süfrəyə verin.

Resepti qiymətləndirin

1
2
3
4
5

Bu kateqoriyadakı digər reseptlər

Saytda daha çox