Brokkolili çin əriştəsi
Tərkibi
1 bir hissə
brokoli kələmi400 q
əriştə180 q
kabak2
badımcan2
Bolqar bibəri1
un200 q
tofu pendiri150 q
teriyaki sousu80 q
şirin çili sosu80
soya sousu80 q
tərəvəz bulyonu80 q
pivə200 ml
günəbaxan yağı500 ml
ağ çaxır1 qaşıq
limon1
sarımsaq1
cəfəri1 dəstə
qabardıcı1 c.q.
zəncəfil1 c.q.
duz
Bişirmək
Çin əriştəsi ve sousda brokkoli mükəmməl birləşmədir. Siz onu çox asan və tez hazırlamaqla, əsl çin dadı əldə edə bilərsiniz. Bu yemək müxtəlif ət məhsulları üçün əsas yemək ve ya qarnir kimi istifadə oluna bilər.
- Tərəvəzləri doğrayın : bolqar bibərini uzun uzun doğrayın, badımcanın üst hissəsini və kabakı uzun uzun doğrayın . Cəfərini ve sarımsağı incə doğradıqdan sonra, zəfaranı sürtkəcdən keçirib əlavə edin. Sarımsağ və zəfaranı tavada isidib üzərinə doğranmış badımcanı, bolgar bibərini, duz, ağ çaxır, limon sousunu əlavə edib ve 2 deqiqe erzinde pörtlədin . Sonra tərəvəz bulyonunu əlavə edin ve bir neçə dəqiqə hazırlayın.
- Əriştəni az miqdarda duz ile qaynadın, sonra onu soyuq su vasitəsilə soyudun. Sousu əlavə edərək eyni anda brokkoli ve ərişdəni əlavə edib qarışdırın,. Sonra teqribən 2 deqiqe saxlayıb, sousla tərəvəzlərin eyni istilik dərəcəsinə çatana kimi , doğranmış ceferini əlave edib, sobanın üzərindən götürün.
- Pivə, tempura unu və xəmir qabardıcısı istifadə etməklə beşamel sousu kimi qarışıq hazırlayın. 3 dəqiqə saxlayaraq, sonra tofu pendirini böyük hissələrə doğrayıb unun içərisinə qoyun, sonra ise souse batıraraq isti yağda qızardın. Pendir hissələri qızılı rəng alandan sonra çıxardın, ve yağları axması üçün onları kağız dəsmalın içinə qoyun.
- Tərəvəzləri və ərişdəni qabın içinə qoyub tofu pendiri və cəfərilə bəzəyin.