Çapati – hindistan çörəyi

/ 5
60 min
Çapati – hindistan çörəyi

Tərkibi

1 bir hissə
çovdar unu1.5 stəkan
duz0.5 ç.q.
su1 stəkan
əridilmiş kərə yağı2 x.q.

Bişirmək

Kökələr tərəvəz, düyüdən müxtəlif yeməklər və dxal şorbası ilə verilir. Çapatidən qaşıq əvəzinə, onun içinə yeməyi bükərək istifadə edirlər. Kökənin ölçüsü bölgədən və mətbəxdən asılıdır, lakin orta ölçüsü təxminən 10 sm diametrindədir.

  1. Unu böyük qaba ələyin, duz əlavə edin və qarışdırın. Ortada deşik açın, tələsmədən suyu tökün, xəmiri təxminən 7 dəqiqə qarışdırın. Örtün və yarım saat dincə qoyun.
  2. Hazır xəmiri 16 bərabər hissəyə bölün. Hər birini 10-15 sm diametri olan nazik yuxa kimi yayın.
  3. Tavanı qızdırın və ora çapatini qoyun. Köpüklər əmələ gələnə qədər bir tərəfdən bişirin, sonra o biri tərəfinə çevirin. Kökənin köpməsi üçün ehtiyatla, dəsmaldan istifadə edərək, kökəni bütün səth boyunca sıxın və bir daha o biri tərəfinə çevirin. Çapatilər yaxşı bişməlidirlər.
  4. Çapatinin bir tərəfini kərə yağı ilə sürtün və istisini saxlaması üçün kökələri bir-birinin üzərinə qoyun.

Resepti qiymətləndirin

1
2
3
4
5

Bu kateqoriyadakı digər reseptlər

Saytda daha çox