Ratatuy – Nitsanın tərəvəz xörəyi
Tərkibi
1 bir hissə
pomidor1 kilo
2 müxtəlif rəngli bibər
badımcan1
duz1 yemək qaşığı
zeytun yağı0 stəkan
yunan balqabağı1
sukkini1
soğan2
sarımsaq dişi3
quru qırmızı şərab100 ml
təzə kəklikotu budağı3
cəfəri5 qaşıq
reyhan5 qaşıq
təzə döyülmüş istiot
limon şirəsi
Bişirmək
Ratatuy Nitsadandır. Bu xörək əsasən tərəvəzlərdən ibarətdir: badımcan, bibər, pomidor, yunan balqabağı və sukkinidən. Bu həm əsas yemək kimi həm də starter kimi süfrəyə verilə bilər.
- Badımcanı yuyun və kublara doğrayın.
- Üstunə duz səpin və ələkdə 25 dəqiqə saxlayın ki, qurusun.
- Pomidorları təmizləyin, dörd hissəyə yarın və toxumları çıxardın.
- Soğanı, sukkinini, bibərləri və balqabağları kublara doğruyun.
- Yağı boyük tavada isidin, sukkinini və balqabağı əlavə edin, və darçını rəng alana qədər 4-6 dəqiqə onları qızardın. Onları qurudun və ayrı qaba qoyun. Zeytun yağının 2 süfrə qaşığını qızmış tavaya tökün və bıbərləri 5 dəqiqə ərzində qızardın. Sonra onları başqa tərəvəzlərlə bir qaba qoyun.
- Badımcanı yuyun və qurudun, 3-4 süfrə qaşığı isti yağda qızardın. Diqqət yetirin ki, onlar yanmasın .6-8 dəqiqədən sonra, yəni badımcan açıq darçını rəng alandan və yumşalandan sonra onları qalan tərəvəzlərlə bir qaba qoyun.
- Tavaya yağın 3 yemək qaşığını tökün, sonra isə soğanı və doğranmış sarımsağı tavaya qoyun, şərabı süzün və buxarlana qədər gözləyin. Sonra pomidorları, kəklikotunu və 2 yemək qaşığı cəfərini əlavə edin. 8-12 qəqiqə aşağı temperaturda bişirin.
- Bundan sonra bütün tərəvəzləri əlavə edin və hamısını aşağı temperaturda 12 dəqiqə ərzində bişirin. Tərəvəzlər yumşalandan sonra, onları oddan götürün, cəfəri və 4 yemək qaşığı reyhan ilə ehtiyatla qarışdırın.
- Duz, istiot, təzə sıxılmış limon şirəsi və qalan reyhanı əlavə edin.
- Süfrəyə verilmə: Xörəyi süfrəyə isti və ya soyuq verin. O, xırtıldayan bagetlər və ya təzə hazırlanmış makaron ilə yaxşı uyğunlaşır.