Şirin qarğıdalı, çili bibəri və koppa kolbasası ilə pizza.
Tərkibi
1 bir hissə
Xəmir üçün inqrediyentlər
un500 q
isti su325 ml
quru maya
şəkər1 x.q.
inqrediyentlər
pomidor400 q
reyhan yarpağı4
zeytun yağı3 x.q.
sarımsaq3
duz1 x.q.
içlik üçün inqrediyentlər
Bonduelle GOLD ç310 q
mini mozzarella12
черри помидору10
koppa kolbasası8 dilim
reyhan yarpaqları3
parmezan pendiri3 x.q.
indau1 ovuc
Bişirmək
Dostlarla görüşlər üçün ləzzətli pizza!
- Pizza xəmirinin daha qabarıq olması üçün ələnmiş un istifadə edin, quru maya əlavə edilmiş isti suyu, daha sonra isə şəkər, duz və yağı əlavə edin. Bütün inqrediyentləri yaxşı qarışdırın. Xəmiri qida streçi ilə örtün və 2 dəfə daha həcmli olması üçün isti yerdə 2 saat saxlayın.
- Pizza xəmirini taxta üzərində yayın, xəmir əllərinizə yapışmasın deyə gözəyarı un əlavə edin. Dəyirmi şəkildə formalaşdırın – bişirmə formanızdan asılı olaraq təxminən 28 sm diametrdə.
- Pizza sousu üçün: 3-4 xörək qaşığı zeytun yağı ilə qızdırılmış tavaya 3 diş xırda doğranmış sarımsağı əlavə edin. Sarımsağı 2 dəqiqə qovurun, sonra konservləşdirilmiş pomidor, reyhan, duz və istiot əlavə edin. Sousu qatılaşana qədər təxminən 15 qədər qarışdırın.
- Pizza xəmiri üzərinə 3-4 xörək qaşığı soyudulmuş pomidor sousunu qoyun və bərabər şəkildə yayın, sonra əl ilə bölünmüş mini mozarella, çili bibərli şirin qarğıdalı, koppa kolbasası, çerri pomidoru, parmezan və reyhan əlavə edin. Pizzanı əvvəlcədən 230°С-dək qızıdırılmış sobaya 15-20 dəqiqə bişməyə qoyun. Sobadan çıxdıqdan sonra ona 1 ovuc indau və zövqə görə 3-4 reyhan yarpağı əlavə edin.