Şirin qarğıdalı ilə qrildə bişmiş qızılbalıq
Tərkibi
1 bir hissə
şirin qarğıdalı Bonduelle340 q
qızılbalıq2 tikə
bolqar biberi2
limon1
laym1
soğan1
albalı budağı1
tərəvəz bulyonu2 stəkan
ağ şərab1 stəkan
zeytun yağı5
bal3 q.
Fransa xardalı3 q.
Kərə yağı2 x.q.
şirin çili sosu2
rozmarin budağı3
günəbaxan tumu 1/2 stəkan
qırmızı turp1
cəfəri 1/2
mikro-göyərti
duz
istiot
Bişirmək
Sizin zövqünüzü oxşayacaq dadlı yemək
- Əvvəlcə bir ədəd bolqar bibərini kubik şəklində, digərini isə xırda tikələr şəklində doğrayın, soğan, limon və laymı ikiyə bölün. Qızılbalığa duz, istiot, ədviyyat, rozmarin, zeytun yağı və limon şirəsi vurun. Qızdırılmış qrilə az miqdarda yağ səpin, sonra qızılbalığı yarım ədəd limonla yerləşdirib, qrildən və balığın qalınlığından asılı olaraq, 5-8 dəqiqə saxlayın, limonun digər yarısını isə qızılbalığın üzərinə sıxın.
- Balığın qarnirini hazırlayın. Xırda doğranmış soğanı zeytun və kərə yağı qatışığında qızardın, bolqar bibərinin kubiklərini əlavə edin, duzunu və istiotunu vurun. Bankadakı qarğıdalını mayesiz soğanın üzərinə əlavə edin, qarışdırın və üzərinə ağ şərab tökün. 3 dəqiqədən sonra bal, şirin çili sousu, 1 stəkan tərəvəz bulyonu əlavə edin, üzərinə cəfəri səpin və 5-10 dəqiqə, bolqar bibəri yumşalanadək bişirin.
- Qızılbalıq üçün sousu hazırlayın. Bunun üçün günəbaxan toxumlarını yağda qızdırın, üzərində bolqar bibərinin tikələrini, ağ şərabı, duz və istiotu əlavə edin. Sonra Fransa xardalını, balı və tərəvəz bulyonunu əlavə edin. Yaxşı qaynadın, sonra qarışdırın. Boşqaba və ya platonun üzərinə bibərlə qarğıdalını qoyub, sonra qızılbalığı və bibər sousunu əlavə edin. Albalı budağı, rozmarin yarpaqları, mikroqrin və qırmızı turpla bəzəyin.