Türk çörəyi
Tərkibi
1 bir hissə
un500 q
yumurta1
su350 ml
zeytun yağı1 xörək qaşığı
şəkər10 q
duz10 q
quru maya1 paket
Bişirmək
Qızardılmış yeməklər və dönərlə yemək üçün yaxşı olan çörəkdir.
- Bütün inqridiyentləri qarışdırdıqdan sonra, onları təxminən 8 dəqiqə, formaya salmaq üçün asan olan xəmir əmələ gələnə qədər yoğurun.
- Bir kasanı yağlayın, xəmiri ora qoyun və təxminən 1,5 saat gözlədin.
- Xəmir qalxdıqdan sonra, tavaya bişirmə kağızı sərin. Xəmiri 2 hissəyə bölün, iki dənə yumru və ya kvadrat çörək düzəldin.
- Yumurtanı sındırın, bir çay qaşığı su əlavə edin, çalın, sonra isə çörəyin üstünə yayın.
- Xəmiri bir neçə yerdən barmaqlarınızla deşin, üstünə küncüt və qara zirəni səpin.
- Təxminən 20 dəqiqə gözlədin.
- 250 dərəcə temperaturda 7-9 dəqiqə sobada bişirin.