Şirin qarğıdalılı piroq
Tərkibi
1 bir hissə
Gold Bonduelle şirin qarğıdalı150 q
yumurta4
yoqurt2 stəkan
şəkər200 q
qarğıdalı unu200 q
un150 q
günəbaxan yağı240 q
nar 1/2
limon qabığı
vanil çubuğu1
vanil şəkəri2 paket
şəkər kirşanı3
xəmir qabardıcısı1 paket
kərə yağı
duz
Bişirmək
Sizi məmnun edəcək qabarıq, şirəli və dadlı qarğıdalılı piroq!
- Köpük əmələ gələnədək mikser vasitəsilə yumurtanı şəkər tozu ilə birlikdə çalın. Daim qarışdıraraq tədricən yağ əlavə edin. Vanil şəkərini, vanil paxlasın, duz və yağlı yoqurtu əlavə edin.
- Tədricən qarğıdalı unu və ələnmiş buğda ununu qabardıcı ilə birlikdə əlavə edin və yaxşıca qarışdırın. Ən sonda süzülmüş qarğıdalı dənələrini və limon qabığını əlavə edin.
- Bişirmək üçün şüşə qabı azca kərə yağı ilə yağlayın və un səpin, daha sonra bütün qarışığı əlavə edin. Sobada 160°С temperatuda 40-50 dəqiqə bişirin. Piroqu nar və şəkər kirşanı ilə bəzəyin.